» » DİQQƏT - Bu yolda hərəkət məhdudlaşdırılır


DİQQƏT - Bu yolda hərəkət məhdudlaşdırılır

3-07-2020, 15:20
Oxunub: 833
Çap et
DİQQƏT - Bu yolda hərəkət məhdudlaşdırılır
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 4 və 5 iyul tarixlərində “3-cü mikrorayon” dairəsi üzərindən küçən yol ötürücüsünə “20 yanvar” dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.
Reytinq: