Volkswagen Türkiyə sərmayəsindən bu səbəbdən imtina etdi

iqtisadiyyat
2-07-2020, 11:50 696
Volkswagen Türkiyə sərmayəsindən bu səbəbdən imtina etdi
Almaniyanın avtomobil istehsalçısı Volkswagen AG-nin (VW), pandemiya ilə əlaqədar olaraq düşən avtomobil tələbinə görə istehsal gücünü artırmağa ehtiyacı olmayacaq.

BAXAR.AZ Bloomberg-ə istinadən xəbər verir ki, VW e-poçt ilə yaydığı açıqlamasında, "Qlobal avtomobil tələbindəki azalma istehsal gücünün artırılmasını bu gün gərəksiz bir hala gətirir" deyilir. Açıqlamya görə VW, mövcud zavodlarında istehsal artımına gedəcək.

Dünyanın ən böyük avtomobil istehsalçısı keçən il bölgədə artan geo-siyasi gərginliyin ardından Türkiyədə zavod tikilməsi layihəsini təxirə salmışdı. Sonradan isə koronavirus pandemiyasının yayılması ilə avtomobil satışları düşdü və qeyri-müəyyənlik davam edir.