Azərbaycanda zəlzələ olub

hadise
2-07-2020, 11:48 929
Azərbaycanda zəlzələ olub
Yerli vaxtla saat 03:01-də Qobustan stansiyasindan 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 18 kilometr dərinlikdə olub.

Zəlzələ hiss olunmayıb.