İqlim böhranı: Dünyanı dəhşətli su savaşları gözləyir

dunya
1-07-2020, 10:37 1174
İqlim böhranı: Dünyanı dəhşətli su savaşları gözləyir
Bütün dünyada içməli su azalır. İqlimşünaslar növbəti 30 ildə içməli su ilə bağlı güclü kəsrin olacağını proqnozlaşdırırlar.

Axar.az xəbər verir ki, bunu “350.org” beynəlxalq ekologiya qeyri-hökumət təşkilatının Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə icraçı direktoru Svetlana Romanko deyib. O, Ukraynada içməli suyun qənaətli sərfiyyatı ilə bağlı böyük problemlərin olduğunu, ona görə də Kiyevin 2050-ci ildən sonra içməli su idxal etməyə başlayacağını deyib:

“Qarşıda yeni anlayış – iqlim qaçqınları yaranacaq. BMT-nin məlumatına görə, 2050-ci ilə qədər dünyada bu cür insanların sayı 250 milyon nəfər olacaq. Gələcəkdə su, resurs və yaxşı iqlimli ərazilər uğrunda müharibələr olacaq”.