Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azaldı

iqtisadiyyat
4-09-2015, 16:27 991
Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azaldı AMB məlumat yaydı.
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son bir ayda yenidən azalmağa başlayıb.
Realfakt AMB-yə istinadən xəbər verir ki, 2015-ci ilin avqust ayının sonunda bankın valyuta ehtiyatlarının həcmi 7 milyard 315,4 milyon dollar təşkil edib.
Bu da 2015-ci ilin iyulun sonu ilə müqayisədə 1 milyard 186,1 milyon dollar azdır.
Onu da əlavə edək ki, AMB-nin valyuta ehtiyatları iyul ayının sonunda 8 milyard 501,5 milyon dollar təşkil etmişdi.