İkinci korona dalğasının baş verəcəyi 10 ölkə - Siyahı

dunya
27-06-2020, 02:05 862
İkinci korona dalğasının baş verəcəyi 10 ölkə - Siyahı

İngiltərənin Oksford Universiteti koronavirusla bağlı (COVID-19) ikinci dalğa ehtimalının yüksək olduğu 10 ölkənin adını açıqlayıb.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, ikinci dalğanın yüksək olduğu ölkələrə Almaniya, Ukrayna, ABŞ, İsveçrə, Banqladeş, Fransa, İsveç, İndoneziya, İran və Səudiyyə Ərəbistanı daxildir.

Oksford Universiteti bu nəticələri 45 ölkə və 25 yoluxma hadisəsi üzərində apardığı araşdırmalarla əldə edib.

Türkiyə, Belçika, Kanada, Polşa, Pakistan, BƏƏ, Belarus, İtaliya, İspaniya, Sinqapur və Niderland isə karantin tədbirlərinin yumşaldılmasına baxmayaraq, yoluxma sayının artmadığı ölkələr sırasında göstərilib.