» » SON DƏQİQƏ! Azyaşlının valideynləri axtarılır - FOTO


SON DƏQİQƏ! Azyaşlının valideynləri axtarılır - FOTO

26-06-2020, 00:23
Oxunub: 434
Çap et
SON DƏQİQƏ! Azyaşlının valideynləri axtarılır - FOTO
Səbayıl Rayonu 9-cu Polis Bölməsi tərəfindən Uşaq Sığınacağına bir az öncə daha bir uşaq təhvil verilib.

BAXAR.AZ-a bu barədə Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki Uşaq Sığınacağı-Reabilitasiya Mərkəzindən məlumat verilib.

"Uşağın dediyinə görə, o, Məmmədova Səma Kazım qızıdır və 2012-ci il təvəllüdlüdür. Nizami parkı ərazisində bir neçə gündür tək qalıb, gecələyib. Anasının adı Şəfadır. Gəncə şəhərindən olduğunu bildirir. Atasının adı Kazımdır, azyaşlının dediyinə görə İran əsillidir. Vəziyyətindən də məlumdur ki, uşaq uzun müddətdir baxımsız,natəmiz haldadır, günlərlə yatmadığını bildirir.

Onu görüb, tanıyan varsa, xahiş edirik ki,0555260888 və ya 0554660806 nömrəli qaynar xəttimizlə, votsapla əlaqə saxlayasınız."

Fərid İMRAN
BAXAR.AZ
Reytinq: