» » General xəbərdarlıq etdi: Savaş başlasa... - Video


General xəbərdarlıq etdi: Savaş başlasa... - Video

24-06-2020, 09:57
Oxunub: 454
Çap et
General xəbərdarlıq etdi: Savaş başlasa... - Video
Azərbaycan Respublikasının haqqı var ki, öz tarixi torpaqlarını geri qaytarsın. Yəni bu gün münaqişə aktiv hərbi əməliyyatlar sferasına keçdiyi təqdirdə hədəf yalnız işğal olunan torpaqlar deyil, tarixi Azərbaycan torpaqları da ola bilər. Ermənistan müharibənin hələ nə olduğunu tam dərk edə bilmir.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Müdafiə naziri Zakir Həsənovun Real TV-yə müsahibəsində Azərbaycan Ordusunun daha geniş ərazidə müharibə aparmağa hazır olması haqda fikirlərini şərh edərkən deyib.

Polkovnik bildirib ki, münaqişənin bu günə qədər olan tarixi prosesləri bizə bəzi reallıqları öyrədib:

“Birincisi, Ermənistanda hansı qüvvə hakimiyyətə gəlirsə gəlsin, mövcud münaqişəni uzatmaqdan başqa heç nə etməyəcək. Yəni Ermənistan bu işğalçı niyyətindən qətiyyən əl çəkməyəcək. İkincisi, son illər biz açıq şəkildə görürük ki, beynəlxalq qurumlar münaqişəni həll etmək, tənzimləmək iqtidarında deyil. Hətta Ermənistan bu qurumları belə saymır. Üçüncüsü, Dağlıq Qarabağda münaqişənin mövcud vəziyyətdə qalmasında maraqlı olan qüvvələr var. Lakin bir reallıq da var ki, mövcud vəziyyətlə Azərbaycan barışa bilməz. Nə Azərbaycan xalqı, nə də dövlət başçısı gözləmək niyyətindədir. Cənab Prezident bu məsələni dəfələrlə beynəlxalq tribunalarda deyib. Ermənistan rəhbərliyinə açıq xəbərdarlıq edib. Sadəcə, mövcud vəziyyətdə Azərbaycan son anadək diplomatik yolla münaqişənin tənzimlənməsinə çalışır. Lakin müharibə variantı da hər zaman aktualdır və bu yol Ermənistana heç sərf etməyəcək”.

Reytinq: