Şuşinski Üçrəngli bayrağı belə tərənnüm edib - Video

medeniyyet
23-06-2020, 10:25 2589
Şuşinski Üçrəngli bayrağı belə tərənnüm edib - Video
Tarixçi-alim Elmar Həsənli Azərbaycanın xalq artisti, məşhur xanəndə Xan Şuşinskinin ifa etdiyi “Şuşanın dağları” mahnısı ilə bağlı maraqlı məqamları açıqlayıb.

Kult.az xəbər verir ki, tarixçi-alim X.Şuşinskinin “Şuşanın dağları” mahnısı vasitəsilə Sovet dövründə Azərbaycanın Üçrəngli bayrağını vəsf etdiyini bildirib.

Alim deyib ki, “Şuşanın dağları, başı dumanlı/ Qırmızı koftalı, yaşıl tumanlı...” deyərkən, bayrağımızın rəngləri nəzərdə tutulub.

“Ay qız bu nə qaş-göz, bu nə tel...” sözlərində isə “qaş” deyərkən aypara, "göz" və "tel" deyərkən ulduz və ulduzun 8 guşəsinə (saçaqları) işarə edilib.

Qeyd edək ki, “Şuşanın dağları” xalq mahnısıdır.