Türk mühəndislərin yeni uğuru – Wi-Fi dövrü başa çatır?

dunya
22-06-2020, 21:49 877
Türk mühəndislərin yeni uğuru – Wi-Fi dövrü başa çatır?

BAXAR.AZ hurriyyet.org-a istinadən xəbər verir ki, Wi-Fi ilə müqayisədə minqat sürətli olan Li-Fi sisteminin fasiləsiz işləməsi üçün türk mühəndislərin hazırladığı layihə barəsində “IEEE Access” jurnalında məlumat verilib. Olduqca sürətli olan bu sistemin yayılmamasının ən böyük səbəbi modemlə cihaz arasında olan hər hansı bir əşya, yaxud da insanın siqnalları kəsməsidir.

Türk mühəndislərin yeni uğuru – Wi-Fi dövrü başa çatır?

Türkiyənin Yaşar Üniversitetinin mühəndislik fakültəsinin elektrik və elektron elmlər kafedrasının elmi əməkdaşı dosent Volkan Rodoplu öz tələbələri ilə birlikdə Li-Fi sisteminin daha geniş yayılmasını təmin edəcək layihə hazırlayıb. “Həyat simulyasiyası” adlandırılmış video oyun vasitəsi ilə ev şəraitində orada yaşayanların 15 gün ərzindəki hərəkətləri qeydə alınıb. Bununla da Li-Fi cihazları olan işıqları insanların hansı sıxlıqla və nə zaman kəsdikləri aşkar edilib. Bu sistemin adının mənası işıq vasitəsilə informasiyanın ötürülməsini bildirir. Li-Fi ilə LED-lərdən gələn işıq insan gözünün görmədiyi qədər yüksək bir tezliklə titrəyərək, məlumat ötürülməsini təmin edir.

Türk mühəndislərin yeni uğuru – Wi-Fi dövrü başa çatır?