ŞAD XƏBƏR - Koronavirus zəifləyir və peyvəndsiz məhv olacaq - Proqnoz

gundem
22-06-2020, 13:50 794
ŞAD XƏBƏR - Koronavirus zəifləyir və peyvəndsiz məhv olacaq - Proqnoz

Koronavirus zəifləyəcək və tezliklə peyvəndə ehtiyac olmadan öz-özünə yox olacaq.

BAXAR.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu İtaliyanın San-Martino xəstəxanasının infeksion şöbəsinin rəhbəri Matteo Bassetti deyib.

O, mart-aprel aylarında koronavirusun aqressiv pələngə bənzədiyini, indi onun vəhşi pişiyə oxşadığını bildirib:

“Koronavirus daha az təhlükəlidir və tezliklə o qədər zəifləyəcək ki, peyvənd tətbiq etmədən öz-özünə məhv olacaq. Virus ciddi formada dəyişir. İndi pasiyentlər rahat şəkildə infeksiyanın simptomlarını keçirirlər”.