Yaponiya sahillərində naməlum sualtı qayıq aşkarlandı – Müdafiə naziri əmr verdi

dunya
20-06-2020, 14:00 567
Yaponiya sahillərində naməlum sualtı qayıq aşkarlandı – Müdafiə naziri əmr verdi
Yaponiya hərbçiləri ölkənin ərazi suları yaxınlığında naməlum sualtı qayıq müəyyən ediblər.

Bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Patrul təyyarələri və Yaponiya donanmasına məxsus gəmi şübhəli obyekti hələ iyunun 18-də aşkar edib. Sualtı qayıq Qərb istiqamətində hərəkət edib.

Hadisə ilə əlaqədar Yaponiyanın Müdafiə naziri Taro Kono sayıq olmağı və sualtı qayıq barədə məlumat toplamağı əmr edib.