"Karantin rejimi sərtləşdirilirsə, zəhmət çəkin, 190 manatı verin" - TƏLƏB

sosial
19-06-2020, 02:27 1023
"Karantin rejimi sərtləşdirilirsə, zəhmət çəkin, 190 manatı verin" - TƏLƏB
“Dəfələrlə xəbərdarlıq etdim ki, belə idarəçilik olmaz, əvvala, biznes üçün yalnız açılış deyil, həm də bağlanış da əlavə xərclər yaradır. Nədən biznesi məhv edirsiniz? İndi biznes 2 dəfə bağlanış və 2 dəfə də açılışa məsrəf etməlidir”.

BAXAR.AZ-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Əgər sərt karantin rejimi uzadılırsa, əhali evdə qalmalıdırsa, onda zəhmət çəkin, iyun və iyul ayları üçün:

– Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsini;

-Haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunu;

-Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini;

-Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsini;

-Əhaliyə güzəştli işıq limitinin 100 kvts. həcmində artırılması təmin edin.

Əgər bunları etməsəniz, gerçəkdən də üsyan olacaq, bəri başdan xəbərdarlıq edirəm.

pravda.az