DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı - VİDEO

tehsil
18-06-2020, 17:00 954
DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı - VİDEO
Dövlət İmtahan Mərkəzi iyunun 18-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

Mərkəzdən bildirilib ki, imtahanların təşkil edilməsi üçün 115 imtahan binası, 1904 imtahan zalı, 115 ümumi imtahan rəhbəri, 312 imtahan rəhbəri, 2475 nəzarətçi – müəllim, 230 buraxılış rejimi əməkdaşı, 115 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, dörd şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. Üç nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İyunun 19-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

9-cu sinif üzrə buraxılış imtahanları, doqquz illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın beş gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin üç həftə ərzində elan olunması nəzərdə tutulur.