Balta ilə bankomatı yaran şəxslər saxlanılıb – ANBAAN VİDEO

hadise
18-06-2020, 01:38 1010
Balta ilə bankomatı yaran şəxslər saxlanılıb – ANBAAN VİDEO
Moskva vilayətində soyğunçular bankomatı yararaq, içərisindəki pulları oğurlamağa cəhd göstəriblər.

REN TV xəbər verir ki, hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Maskalı soyğunçulardan biri balta ilə bankomatı sındırsa da, əsginasların saxlanıldığı dəmir qutunu bankomatdan ayırmaq mümkün olmayıb.

Hər iki şəxs polis tərəfindən saxlanılıb.

Onlara qarşı oğurluq maddəsi üzrə cinayət işi açılıb.