Azərbaycan elektrik enerjisinin idxalını artırdı

iqtisadiyyat
17-06-2020, 23:56 1023
Azərbaycan elektrik enerjisinin idxalını artırdı
2020-ci ilin may ayında Azərbaycanda 1 899,6 milyon kilovatt/saat elektrik enerjisi istehsal edilib.

Axar.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin hesabatında bildirilib.

Ötən ay ölkə üzrə elektrik enerjisi ixracı 21,7 milyon kilovatt/saat, idxalı 17,5 milyon kilovatt/saat olub.

Hesabat dövründə elektrik enerjisinin istehsalı 17,5 milyon kilovatt/saat azalıb, ixracı 2,7 milyon kilovatt/saat, idxal isə 8,6 milyon kilovatt/saat artıb.
2020-ci ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,1 milyon kilovatt/saat artaraq 10 796,5 milyon kilovatt/saat təşkil edib.

Bu dövr ərzində elektrik enerjisinin ixracı 522,3 milyon kilovatt/saat olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 113,7 milyon kilovatt/saat azalıb. Elektrik enerjisinin idxalı isə 62,2 milyon kilovatt/saat təşkil etməklə, ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyon kilovatt/saat artıb.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 24,2 milyard kilovatt/saat elektrik enerjisi istehsal olunub. Bu, 2018-ci illə müqayisədə 4,3 faiz çox olub.