“Kral FM” azərbaycanlı müğənninin mahnısını “top list”inə saldı - FOTO/VİDEO

sou
17-06-2020, 17:39 1502
“Kral FM” azərbaycanlı müğənninin mahnısını “top list”inə saldı - FOTO/VİDEO
Türkiyənin ən çox dinlənilən radiolarından olan “Kral FM”də müğənni Rəsul Əfəndiyevin yaradıcılığı müzakirə edilib.

Oxu.Az xəbər verir ki, məşhur DJ Ali Şentürk (Afrikalı Ali) müğənninin rəsmi “Youtube” kanalında 6 milyondan çox izlənmə sayı toplamış “Kefliyəm” mahnısından söhbət açıb.

Radioda sözügedən mahnı səsləndirilib. Aparıcı sosial şəbəkələrdə azərbaycanlı sənətçinin ifalarına tez-tez rast gəldiyini bildirib.

A.Şentürk daha sonra Rəsul barədə yazılan mesajları efirdə sələndirərək, Azərbaycan xalqına salamını göndərib.

R.Əfəndiyevin “Kefliyəm” mahnısını “Kral FM” “top list”inə salıb.

Qeyd edək ki, “Kral FM”də Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Röya Ayxan və digər azərbaycanlı sənətçilərin ifasında hit mahnılar da mütəmadi olaraq səsləndirilir.