Medvedyev: Dünyanı böyük geriləmə gözləyir - Video

dunya
17-06-2020, 11:30 1151
Medvedyev: Dünyanı böyük geriləmə gözləyir - Video
Dünya iqtisadiyyatını II Dünya müharibəsindən bu yana ən yüksək ümumdaxili məhsul geriləməsi gözləyir.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

“Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən, 2020-ci ildə böhran ucbatından dünya iqtisadiyyatını 3%-ə qədər geriləmə gözləyir. Bu, II Dünya müharibəsi dönəmindən bu yana ən böyük geriləmədir. Müqayisə üçün deyim ki, son qlobal böhran zamanı illik geriləmə 0,1% olub”, – deyə o bildirib.