» » "Təhminə" ilə bağlı etiraf: Zaura rus aktyor çəkilirdi - Video


"Təhminə" ilə bağlı etiraf: Zaura rus aktyor çəkilirdi - Video

17-06-2020, 01:19
Oxunub: 1380
Çap et
"Təhminə" ilə bağlı etiraf: Zaura rus aktyor çəkilirdi - Video

Aktrisa Meral Konrat "Təhminə və Zaur" filmi ilə bağlı maraqlı etiraflar edib.

Kult.az xəbər verir ki, sənətçi bu haqda "ATV səhər"də danışıb. O bildirib ki, Zaur obrazı üçün ilk vaxtlar xalq artisti Fəxrəddin Manafov yox, Adel adlı rus aktyor seçilibmiş:

"Zaur obrazını Adel adlı rus aktyor oynadı. Onunla filmi yarısına qədər çəkdik. Fəxrəddin Manafovla həmin ərəfədə tanış olmuşduq. O, Zauru oynamağı çox istəyirdi. Həmin vaxt Fəxrəddin Spartak obrazı üçün seçilmişdi. Bir gün rejissor zəng etdi ki, Meral xanım, filmi sildim, yenidən çəkilməlidir. Dedim ki, niyə? Dedi, Adeli çəkmək istəmirəm. Soruşdum ki, bəs, kimi çəkəcəksiniz? Fəxrəddin Manafovu seçdiyini söylədi. Çox sevindim".

Reytinq: