AB-dən Liviya çağırışı: Araşdırma başladılmalıdır

dunya
16-06-2020, 11:57 1008
AB-dən Liviya çağırışı: Araşdırma başladılmalıdır

Liviyanın Tərhunə şəhərində tapılan kütləvi məzarlarla bağlı dərhal araşdırma başladılmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik Departamenti bəyanat yayıb.

“Kütləvi məzarların tapılması böyük narahatlığa səbəb olub. Bununla bağlı araşdırma başladılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir”, - bəyanatda bildirilib.

Qeyd edək ki, Tərhunə şəhərini Haftardan geri alan Liviya ordusu bir xəstəxanada 106 cəsəd tapıb. Daha sonra isə şəhər ətrafında 3 kütləvi məzar aşkarlayıb.