Avtomobil nəhənginin zavodunda partlayış

hadise
14-06-2020, 22:07 703
 Avtomobil nəhənginin zavodunda partlayış

Yaponiyanın Mie prefekturasında “Honda” avtokonserninin zavodunda partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayış transformatorların olduğu hissədə olub.

Partlayış zamanı iki nəfər yaralanıb. Yaralılar müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.