Kəhrəbadan istifadənin dəri xəstəliklərinə - Faydası

maraqli
14-06-2020, 10:34 603
Kəhrəbadan istifadənin dəri xəstəliklərinə - Faydası

Sarımtıl və bal rəngində olan kəhrəba təbiətin əvəzsiz hədiyyəsidir. Onu çox vaxt daş hesab etsələr də, digər qiymətli daşlardan fərqli olaraq nəsli kəsilmiş şam ağacının ifraz etdiyi şirədən yaranır. Ağac şirəsi min illər keçərək sərtləşir və kəhrəbaya çevrilir, sonra torpağa qarışır və kəhrəba yatağı əmələ gətirir. Elə buna görə də kəhrəba daha qiymətlidir. Ondan təkcə bəzək əşyası kimi deyil, həm də müalicəvi məqsədlərlə istifadə olunur.

Axar.az xəbər verir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov Azərtac-a deyib:

“Qədim Roma və Çin imperiyasında kəhrəba bəzək əşyası kimi və türkəçarə müalicələrdə çox geniş istifadə edilib. Müasir təbabətdə geniş tətbiq olunmasa da, xalq təbabətində yuxarı tənəffüs yollarının infeksiyasında, triod vəzi xəstəliklərində, bronxit, astma kimi allergik problemlərin həllində və depressiyada çox geniş tətbiq olunur. Kəhrəba insan bədənindəki artıq yağları özünə çəkəndən sonra torpağa basdırırlar və ona yenidən canlanma verir”.

Mütəxəssislər hesab edirlər ki, daşın ölçüsü nə qədər böyükdürsə, faydası da o qədər çoxdur. Onun birbaşa dəriyə təmas etməsi isə daha yaxşıdır.