Səfirlərin ailə üzvləri Qaradağda – Foto

medeniyyet
13-06-2020, 22:48 1261
Səfirlərin ailə üzvləri Qaradağda – Foto
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, tanınmış rəssam Günay Zebicin koordinatorluğu ilə Bakının Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksində, “Xarı bülbül” Təlim və İstehsalat Birliyində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş “Biz birlikdə güclüyük! (We Are Stronger Together!) adlı tədbir keçirilib.

Kilt.az xəbər verir ki, tədbirdə BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Allesandro Frakasettinin xanımı Jasmin Frakasetti və oğlu Zaxari Frakasetti, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic, xanımı Günay Zebic və uşaqları Karolina və Josip Zebic iştirak edib. Bundan başqa, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavnanın xanımı və qızı Regina Lavkimi Bavitlung, Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Respublika İncəsənət Gimnaziyasının rəhbərliyi tədbirə onlayn formada qoşulub.

Tədbir çərçivəsində Günay Zebicin “Biz birlikdə qalib gələcəyik!” adlı əsərinin təqdimatı olub.

Müəllif əsəri müxtəlif milli mənsubiyyəti olan Bakı məktəblilərinin COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı fikirləri əsasında yaradıb. Rəssam karantin rejiminin tətbiq edildiyi dövrdə uşaqlarla virtual canlı bağlantı quraraq, onlarla pandemiyanın dünyaya mənfi təsiri, xəstəliklə mübarizədə fədakarlıq göstərən insanlar, infeksiyadan qorunmağın vacibliyi barədə söhbətlər aparıb. Söhbətlərdə məcburi köçkün ailələrdən olan yeniyetmələr də iştirak ediblər.

Təqdimat mərasimində Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Respublika İncəsənət Gimnaziyasının “Teatr” şöbəsinin əsasən məcburi köçkünlərdən ibarət müəllimləri və şagirdləri tərəfindən hazırlanmış “Xarı bülbül” tamaşasının da nümayişi olub. Bundan başqa, İncəsənət Gimnaziyasının şagirdləri Azərbaycan, ingilis və xorvat dillərində şeirlər ifa ediblər.

Tədbirin sonunda məktəblilərə təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Səfirlərin ailə üzvləri Qaradağda – Foto