» » Karantin rejimini pozan şahzadə yüksək məbləğdə cərimələndi


Karantin rejimini pozan şahzadə yüksək məbləğdə cərimələndi

13-06-2020, 16:56
Oxunub: 162
Çap et
 Karantin rejimini pozan şahzadə yüksək məbləğdə cərimələndi

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin qaydalarını pozan Belçika şahzadəsi İoahim cərimələnib.
"Reuters” xəbər verir ki, 28 yaşlı şahzadə İspaniyanın Kordoba şəhərində əyləncə məclisində iştirak edəndən sonra özünü pis hiss edib.
Belçika şahzadəsinin COVID-19 analizinin nəticəsi müsbət çıxıb.
Qeyd olunur ki, İoahimin iştirak etdiyi ziyafət məclisində 27 nəfər iştirak edib, ancaq qanuna görə, Kordobada 15 nəfərdən çox adam bir məkana toplaşa bilməz.
İspaniya hökumətinin Kordobadakı nümayəndəliyi Belçika şahzadəsini 10 400 avro (20 min manat) cərimə etmək barədə göstəriş verib.
Qeyd olunur ki, şahzadə İoahim İspaniyaya təhsili ilə əlaqədar təcrübə keçmək üçün səfər edib.
Reytinq: