» » Mayisə Əsədullaqızı


Mayisə Əsədullaqızı

11-06-2020, 22:12
Oxunub: 2911
Çap et
Mayisə Əsədullaqızı

TEZ ÖYRƏTDİN BU YADLIĞI

Eşqin gözü kor, bağlı,
Naməlum məkana aparır ağılı.
Bu gecə,
Hardan gəldin yuxuma?
Deyirdin, gedək sakit bir guşəyə,
Kimsədən qorxma!
Daha məni bənzətmə ağ şama,
Saçlarımı öpüb, oxşama.
Yuxular da sevməz namərdliyi,
İstəməz sənli dərdi.
Nə zaman, Yer-Göylə qovuşsa,
Günəş Ayla barışsa,
Biz də, barışacağıq,
Ayrılığı dəryaya atacağıq...
Tez öyrətdin unutmağı.
Qəbul etdim
Bu yadlığı...



YUXULARIM

Yuxularımı danışsam,
Gülərsən...
Hərdən pıçıldayır,
Yarpaq-yarpaq dil tökür,
Sanki, gəlin duvağından
Tül sökür...
Hərdən yuxum
Gözlərimdən yayınar,
Qaçar.
Hərdən sirr açar.
Gözlərinin işıltısı,
Bir alov şöləsidir.
Sevgi şələsidir.
Yenə yuxu görürəm,
Ruhuma yayılan
Qoxu görürəm...
Reytinq: