» » Dünya Bankı koronavirusla mübarizəyə 12 milyard dollar ayırdı


Dünya Bankı koronavirusla mübarizəyə 12 milyard dollar ayırdı

4-03-2020, 10:54
Oxunub: 1003
Çap et
Dünya Bankı koronavirusla mübarizəyə 12 milyard dollar ayırdı

Dünya Bankı (COVID-19) yeni tip koronavirus epidemiyasının tibbi və iqtisadi təsirləri ilə mübarizə edən ölkələrə kömək məqsədi ilə 12 milyard dollarlıq maddi yardım paketi ayırıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Dünya Bankından verilən açıqlamada virusun 60-dan artıq ölkəyə yayıldığı və bu maliyyənin üzv ölkələrin (COVID-19) koronavirus epidemiyasına effektiv cavab verə bilməsi və xəstəliyin ağır təsirlərinin zəiflədilməsi məqsədi ilə ayrıldığı bildirilib.
Reytinq: