» » Güclü külək evlərin dam örtüklərini və ağacları elektrik xətlərinin üzərinə aşırıb


Güclü külək evlərin dam örtüklərini və ağacları elektrik xətlərinin üzərinə aşırıb

26-02-2020, 11:58
Oxunub: 624
Çap et
Güclü külək evlərin dam örtüklərini və ağacları elektrik xətlərinin üzərinə aşırıb

“Bakı” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə elektrik enerjisinin verilişində heç bir problem yoxdur. Amma güclü külək regionların eneji təsərrüfatına ciddi ziyan vurub.

Bunu Realfakt.Az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib deyib.

O bildirib ki, güclü külək evlərin dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb:

“Ötən gecə Bərdə rayonunda güclü küləyin təsiri nəticəsində elektrik xətlərinin birində açılma baş verib. Həmçinin, Ağcabədi və Şəki rayonlarinda da çox güclü külək dayaqları aşırıb, qabaqlayıcı tədbirlər nəticəsində qəzaların sayı azalıb, xətlərdə qısaqapanmalar baş verməyib, külək sakitləşdikcə baş vermiş qəzalar operativ aradan qaldırılıb.

Hazırda Ağcabədi rayonunda 4-5 kəndin elektrik təchizatının təminatı ilə əlaqədar qəzanın nəticələri aradan qaldırılır”.

T.Mustafayev qeyd edib ki, ASC baş verən qəzaların nəticələrini aradan qaldırmaq üçün lazımi sayda mal-material və avadanlıq cəlb edib.
Reytinq: