» » Dünyanın ən yaşlı kişisi vəfat edib


Dünyanın ən yaşlı kişisi vəfat edib

25-02-2020, 11:01
Oxunub: 637
Çap et
Dünyanın ən yaşlı kişisi vəfat edib

Yaponiyada yaşayan dünyanın ən yaşlı kişi sakini - Titesu Vatanabe 112 yaşında vəfat edib.

Tvzvezda.ru məlumat verir ki, T.Vatanabenin adı 2020-ci ilin fevral ayında dünyanın ən yaşlı kişi sakini kimi qeydiyyata alınaraq, Ginnesin Rekordlar kitabına salınıb.


O, uzunömürlülüyünün sirrinin əsəbiləşməməkdə və gülümsəməkdə olduğunu bildirmişdi.

Dünyanın ən yaşlı kişi sakininin beş uşağı, 12 nəvəsi və 16 nəticəsi var.

Hazırda dünyanın ən yaşlı qadın sakini də yaponiyalıdır. Kane Tanakanın 117 yaşı var.
Reytinq: