Virtual karabakhyuxarı Bu rayonda qaz olmayacaq
gundem
24-02-2020, 09:58
1221
Bakının Nizami rayonu ərazisində təbii qazın verilişi dayandırılıb.
Realfakt.Az xəbər verir ki, sakinlər axşam saatlarından təbii qazın verilişində fasilə yarandığını bildiriblər.
Məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər Realfakt.Az-a açıqlamasında faktı təsdiqləyib.
Onun sözlərinə görə, paytaxtın Nizami rayonu ərazisində qəza baş verib:
“Nizami rayonu, Naxçıvanski 31 ünvanında diametri 79 mm olan qaz kəməri avtomobillə vurularaq dirəklərdən salınıb. Qaz sızmasının qarşısının alınması məqsədilə fevralın 24-ü tarixində saat 00:10-dan etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Problem təqribən 500 abonenti əhatə edir. Bu gün səhər saatlarında başlanılan bərpa işləri gün ərzində tamamlanacaq”.