» » Deputat ‘Azəryolservis’ə sədr gətirilir – İndiki sədr gedəcək


Deputat ‘Azəryolservis’ə sədr gətirilir – İndiki sədr gedəcək

4-09-2015, 12:43
Oxunub: 483
Çap et
Deputat ‘Azəryolservis’ə sədr gətirilir – İndiki sədr gedəcək Bu ilin fevral ayında prezident İlham Əliyevin sərəncamı ilə “Azəryolservis” ASC-nin sədri vəzifəsindən azad edilən Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin olundu.
Bundan sonra isə nəqliyyat naziri Ziya Məmmədov 10 fevral 2015-ci il tarixdə Saleh Ərşad oğlu Məmmədovun "Azəryolservis" ASC-nin sədri vəzifəsinə müvəqqəti təyinatı haqqında əmr imzaladı.
Göründüyü kimi “Azəryolservis”də rəhbərlik hələ ki, müvəqqəti xarakter daşıyır. Yalnız Prezidentin xüsusi sərəncamından sonra bu dövlət qurumuna sədr təyin olunacaq.
Yolların təmir-tikinti işləri ilə məşğul olan dövlət qurumuna kimin rəhbərlik edəcəyi sual altında olsa da, məsələ ilə bağlı yeni məlumat daxil olub.
Məlumata görə, “Azəraqrartikinti” ASC-nin sədri, deputat Ağalar Vəliyev bu vəzifəyə gətiriləcək. Hətta Ağalar Vəliyev yaxın ətrafına bildirib ki, o, bu vəzifəyə təyin olunmasına razılıq verəcək. Ancaq nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında işləmək niyətində deyil.
Mənbə bildirir ki, Ağalar Vəliyev Ziya Məmmədovun tabeliyi altında “Azəryolservis”ə getmək istəmir. Ona bildirilib ki, “Azəryolservis”ə rəhbər təyin olunanda nəqliyyat naziri Ziya Məmmədov olmayacaq.
Məhz buna görə də, Saleh Məmmədovun “Azəryolservis”ə sədr təyinatı gerçəkləşmir.
Reytinq: