Azərbaycanda sabiq nazirin keçmiş kürəkəni tutuldu

siyaset
20-02-2020, 15:48 1203
Azərbaycanda sabiq nazirin keçmiş kürəkəni tutuldu

Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyən keçmiş kürəkəni saxlanılıb.

Bunu Realfakt.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

E.Zahidov qeyd edilib ki, fevralın 19-da Yasamal rayonu ərazisində Rəhim Qazıyev keçmiş kürəkəni Ramil Əzizov tərəfindən döyülüb. Ramil Əzizov saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.