Sərnişinlər şikayət edir: “Avtobusu necə gəldi idarə edirlər”

hadise
17-02-2020, 11:47 1240
Sərnişinlər şikayət edir: “Avtobusu necə gəldi idarə edirlər”

Bakıda daha bir avtobus sürücüsü sərnişinlərə qarşı kobud davranıb.

Realfakt.Az xəbər verir ki, bu dəfə 92 nömrəli müntəzəm xətt üzrə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.

Bu barədə sərnişinlərin redaksiyamıza ünvanladıqları şikayətdə qeyd olunub.

Şikayətdə bildirilir ki, sürücü yolboyu mobil telefonla danışaraq nəqliyyat vasitəsini diqqətsiz şəkildə idarə edib:

“Avtobusu necə gəldi idarə edirlər. Sərnişinlər etirazını bildirəndə isə “50 manat cəriməsi var, ödəyəcəyik, bitəcək”. Hara istəyirsiniz şikayət edin”.