» » Bağırsağın işini bərpa edən məhsulların siyahısı hazırlandı


Bağırsağın işini bərpa edən məhsulların siyahısı hazırlandı

17-02-2020, 10:28
Oxunub: 652
Çap et
Bağırsağın işini bərpa edən məhsulların siyahısı hazırlandı

Həkimlər bağırsağın selikli qişasını bərpa etməyə kömək edən ərzaqların siyahısını tərtib ediblər.

Almaniyanın “Focus.de” portalının məlumatına əsasən, siyahıya hindqozu (kokos), nanə, qızılbalıq, moruq və limon salınıb.

Bildirilir ki, tərkibində hindqozu olan məhsullar, eləcə də süd və qatıq göbələk və virusəleyhinə xüsusiyyətlərə malikdir.

Nanə qıcıqlanmış bağırsaq simptomunu aradan qaldırır. O, bağırsağın işini aktivləşdirir, ağrını, köpü azaldır və qəbizliyi aradan götürür.

Tədqiqatçılar, həmçinin D vitaminin orqanizmdə az olması ilə yoğun bağırsağın xroniki xəstəliklərinin, məsələn xərçəngin yaranmasının arasında da əlaqə aşkar ediblər. Alimlər əlavə ediblər ki, iltihab prosesini dayandırmağa və infeksiyaya qarşı mübarizə aparan bakteriyaların fəaliyyətini gücləndirməyə omeqa-3 turşuları ilə zəngin olan balıqların yağlı növləri kömək edə bilər.

Moruq tərkibində yüksək miqdarda sellüloza olmağı sayəsində bağırsaq üçün ən faydalı məhsulların siyahısına daxil edilib. Giləmeyvələrin bir porsiyasında təxminən səkkiz qram sellüloz olur ki, bu da insanın gündəlik tələbatının dörddə birini təşkil edir. Moruqdan istifadə etməklə qəbizliklə mübarizə aparmaq və divertikulozun inkişafının qarşısını almaq olar.

Limonun tərkibində bədəndə bakteriya balansını təmin edən və onun müdafiəsi üçün lazım olan zülal — kollagenin yaranmasında mühüm rol oynayan çoxlu miqdarda C vitamini var.

Alimlər xatırladırlar ki, bütün immun sisteminin işi bağırsaq florasının vəziyyətindən asılıdır, çünki antitel istehsal edən bütün hüceyrələrin təxminən 70 faizi bağırsağın selikli qişasında yerləşir. Bundan əlavə, orada yaşayan bakteriyalar sellülozanı parçalayır və vitaminlərin
Reytinq: