İtkin düşən 55 yaşlı qadın tapılıb - FOTO

hadise
12-02-2020, 17:25 1305
İtkin düşən 55 yaşlı qadın tapılıb - FOTO


İki gün əvvəl itkin düşən 55 yaşlı qadın tapılıb.

Bununla bağlı DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilmiş axtarış tədbirləri nəticəsində itkin düşmüş hesab olunan Qusar rayonu Əcəxur kənd sakini, danışma və eşitmə qabiliyyəti olmayan 55 yaşlı Solmaz Atakişiyeva bu gün günorta saatlarında polis əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, fevral ayının 10-da Qusar rayonu Əcəxur kənd sakini 55 yaşlı Atakişiyeva Solmaz Əzim qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Qadının evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət ediblər.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal rayon ərazisində axtarışlara başlanılıb.

İtkin düşən 55 yaşlı qadın tapılıb - FOTO