Türkiyə polisi Adnan Oktarın adamını paltar şkafından tapdı

dunya
12-02-2020, 17:05 1050
Türkiyə polisi Adnan Oktarın adamını paltar şkafından tapdı

Türkiyədə Adnan Oktarın rəhbərlik etdiyi dəstənin üzvü olduğu üçün axtarışa verilən Turgut Aksu adlı şəxs həbs edilib.

Bu barədə “Haber Global” informasiya yayıb.

Məlumata görə, polislər sözügedən şəxsin Kadıköydə gizləndiyini müəyyən edib. Bundan sonra Aksunun qaldığı evə basqın edilib. Polis əməkdaşları Aksunu yaşadığı evin paltar şkafında tapıblar.

Əməliyyat çərçivəsində Turgut Aksunun gizlənməsinə yardım edən daha bir nəfər saxlanılıb.