Pelenin oğlu: Atam normal yeriyə bilmir

idman
11-02-2020, 21:58 1388
Pelenin oğlu: Atam normal yeriyə bilmir Əfsanəvi Braziliya futbolçusu Pelenin oğlu Edino atasının səhhətindən danışıb.
Edino atasının səhhətinin yaxşı olmadığını bildirib.
"O, kifayət qədər zəifləyib. Bud-çanaq oynağından cərrahi əməliyyat keçirdi və bərpa mükəmməl deyil. Hərəkət etməsində problemlər var. Bunlar isə onun depressiyasına səbəb olur. Təsəvvür edin, o futbol kralıdır, həmişə futbol dünyasında nüfuzlu fiqur olub, amma indi normal gəzə bilmir. Bundan utanır. Küçəyə çıxmaq, özünü nümayiş etdirmək, çöldə olmaq istəmir, heç nə etmək istəmir. O, utancaq olub, rahib həyat tərzi keçirir", - deyə Edino bildirib.
Xatırladaq ki, Pele üçqat dünya çempionudur. Futbol əfsanəsinin 79 yaşı var.