» » Məktəbli formalarının dizaynı və parçaları fərqli olacaq


Məktəbli formalarının dizaynı və parçaları fərqli olacaq

11-02-2020, 21:30
Oxunub: 662
Çap et
Məktəbli formalarının dizaynı və parçaları fərqli olacaq Valideynlərin də istəyi nəzərə alınaraq bölgələrə görə məktəbli formalarının dizaynı və parçaları fərqli olacaq.
Təhsil Nazirliyi yanında İctimai Şurada bu məsələ yenidən gündəmə gətirilib.
Şuranın üzvləri məktəbli formasında bir sıra dəyişikliklərin edilməsini təklif edib.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov deyib ki, satış yerlərinin çox, qiymətlərin isə ucuz olması tələblər sırasındadır. Bundan əlavə, direktorların heç bir halda satışa müdaxilə etmək imkanının olmaması üçün tələblər qoyulacaq.
Yeni tələblərin gələn həftə müzakirəyə çıxarılması planlaşdırılır.
Reytinq: