Polis Bakının mərkəzində əməliyyat keçirdi - “BMW”dən silah götürüldü

hadise
10-02-2020, 21:23 630
Polis Bakının mərkəzində əməliyyat keçirdi - “BMW”dən silah götürüldü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
İdarə əməkdaşlarının əldə edilmiş məlumatı əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.Əhmədovun idarə etdiyi "BMW” markalı avtomobildən "Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
Araşdırma aparılır.