» » Xətai Sənət Mərkəzində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin sərgi-pleneri baş tutdu


Xətai Sənət Mərkəzində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin sərgi-pleneri baş tutdu

4-02-2020, 22:53
Oxunub: 634
Çap et
Xətai Sənət Mərkəzində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin sərgi-pleneri baş tutdu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgilərindən mükafat fondu olaraq seçilmiş 17 uşağın sərgi öncəsi 2 saat ərzində sərbəst mövzuda ərsəyə gətirdikləri bir əsəri ilə bərabər sərgi üçün təqdim etdiyi 3 əsəri də daxil olmaqla sərgi-plener bugün - 3 fevral 2020-ci il Xətai Sənət Mərkəzində baş tutdu.
Tədbiri Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq, tədbir iştirakçılarını salamladı, tədbirin gənclərin həyatında əhəmiyyətindən danışdı və valideynlərə uşaqlarına bu kimi tədbirlərə dəstək durduqlarına görə təşəkkür etdi. Söz alan Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov balaca rəssamları qrup sərgisinə seçildiklərinə görə təbrik etdi. Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının müəllimi Əbdül Şərif bu kimi sərbəst şəkil çəkmək kimi tədbirlərin uşaqların həyatında böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. Tədbir iştirakçıların hər bir ilə ayrıca şəkil çəkməklə diplom təqdimatı ilə başa çatdı.

Xətai Sənət Mərkəzində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin sərgi-pleneri baş tutduXətai Sənət Mərkəzində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin sərgi-pleneri baş tutduXətai Sənət Mərkəzində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin sərgi-pleneri baş tutduXətai Sənət Mərkəzində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin sərgi-pleneri baş tutduXətai Sənət Mərkəzində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin sərgi-pleneri baş tutduXətai Sənət Mərkəzində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin sərgi-pleneri baş tutduXətai Sənət Mərkəzində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin sərgi-pleneri baş tutdu
Reytinq: