Həsən Şirinov təqaüdə göndərilib

sosial
31-01-2020, 19:58 1139
Həsən Şirinov təqaüdə göndərilib Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov tutuduğu vəzifədən azad edilib.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Həsən Şirinov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya faktı təsdiqləyib.