» » Bakıda yol polisinə silahlı hücum edilib - VİDEO


Bakıda yol polisinə silahlı hücum edilib - VİDEO

31-01-2020, 19:55
Oxunub: 611
Çap et
Bakıda yol polisinə silahlı hücum edilib - VİDEO Sayrışan işıqlardan istifadə edən sürücü polisə silahla müqavimət göstərib.
Hadisə bu gün səhər saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən hissəsində olub.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qabaq şüşəsinə sayrışan işıqlar quraşdırdığına görə patrul əməkdaşları ''99-UD-071'' dövlət nömrə nişanlı avtomobilin sürücüsü 25 yaşlı Mirsamir Seyidzadəyə ''saxla'' işarəsi veriblər.
Sürücü yol polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb, qaçmaq istədikdə polis əməkdaşları onu saxlayıblar. Avtomobildən düşən sürücü əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib, lakin patrul əməkdaşı Anar İbrahimovun cəld hərəkəti nəticəsində o, tam zərərsizləşdirilib.
Mirsamir Seyidzadə istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib.
Fakta görə cinayət işi başlanıb.

Reytinq: