Salahın London kabusu "Liverpul"u qorxudur - son 9 oyunda...

idman
29-01-2020, 21:29 1273
Salahın London kabusu "Liverpul"u qorxudur - son 9 oyunda... İngiltərə Premyer Liqasının təxirə salınmış matçında lider "Liverpul" "Vest Hem" səfərinə yollanır.
1 oyun az keçirən Mersisayd klubu ikinci pillədəki "Mançester Siti"ni 16 xal qabaqlayır. Sadio Mane zədə səbəbindən axşamkı oyunu buraxacaq.
Bütün diqqətlər misirli ulduz Məhəmməd Salahın üzərində olacaq. Onun Londondakı uğursuz seriyası klubu narahat edir. Salah Londonda oynadığı ilk 4 oyunda 5 qol vursa da, sonrakı9 oyunda rəqib qapılarına yol tapa bilməyib.
Salah cari mövsümdə meydana çıxdığı 31 oyunda 15 qola imza atıb.
Qeyd edək ki, "Vest Hem" - "Liverpul" matçı 23:45-də start götürəcək.