“Qanlı Yanvar” filminin Monreal festivalında nümayişi uğurla baş tutub

medeniyyet
4-09-2015, 11:43 1059
“Qanlı Yanvar” filminin Monreal festivalında nümayişi uğurla baş tutub Azərbaycan xalqının azadlıq mübarizəsinin, onilliklər boyu gizlədilən tarixi həqiqətlərini dünyaya çatdırılması baxımından böyük əhəmiyyətə malik olan “Qanlı Yanvar” filminin Monreal festivalında nümayişi uğurla baş tutub.
Realfakt-ın məlumatına görə, filmin nümayiş premyerasında festivalın prezidenti Serxio Lis, kommunikasiya direktoru Henri Vels və digər nümayəndələr də iştirak ediblər.
Rejissor Vahid Mustafa Yevin şahidi olduğu faktlar əsasında çəkdiyi “Qanlı Yanvar” filmi nümayişdən sonra mükafata layiq görülüb. Diplom festival prezidenti Serxio Lis tərəfindən kinorejissor Vahid Mustafa Yevə şəxsən təqdim edilib.
Festivalın prezidenti “Qanlı Yanvar” filminin layiq görüldüyü diploma rejissor Vahid Mustafa Yevə şəxsən təqdim etməkdən qürur duyduğunu dedi.
Serxio Lis uzaq bir ölkədən gələn hansısa bir filmin onların ölkəsində nümayiş etdirilməsini nadir hal kimi qiymətləndirib. O Azərbaycanı böyük mədəni irsə və tarixə malik olan bir ölkə kimi tanıdığını dilə gətirdi. Serxio Lis gələcəkdə bu cür filmlərin nümayişinə daha çox yer verəcəklərini bildirdi.
Rejisyor Vahid Mustafa Yev bu xüsusi diplomun onun üçün deyil bütün Azərbaycan üçün olduğunu bildirdi. "Fəxr edirəm ki, Azərbaycan kinomotoqrafiyası belə yüksəklərə gəlib çatıb. Düşünürəm ki, bu filmin Kanadada nümayişi Azərbyacan həqiqətlərini bütün dünyaya çatdırmağa kömək edəcək. Həmçinin bizim kinomotoqrafın da burada olması böyük bir məsələdir” - deyə rejisyor festivalla bağlı öz fikirlərini bildirib.
Ümumilikdə bu il keçirilən 39-cu Monreal Beynəlxalq Film Festivalında 65-dən çox ölkə filmini nümayişə çıxaracaq. Azərbaycanı isə bu festivalda yalnız “Qanlı Yanvar” filmi təmsil edir.