Elxan Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ

idman
28-01-2020, 20:27 1090
Elxan Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ AFFA-nın baş katibi Elxan Məmmədov yeni vəzifəyə təyin olunub.
Bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.
2007-ci ildən baş katib vəzifəsində çalışan Elxan Məmmədov bundan sonra icraçı vitse-prezident səlahiyyətlərini yerinə yetirəcək.
Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov isə qurumun vitse-prezidenti təyin olunub. V.Sadıqovla yanaşı, Rauf Əliyev və Elşad Nəsirovla vitse-prezident seçilib.