Ata iki oğlunu hava limanında atıb gedib

dunya
27-01-2020, 09:55 1012
Ata iki oğlunu hava limanında atıb gedib Ata 8 və 5 yaşlarında olan oğlanlarını Rusiyanın Şeremetevo hava limanının D terminalında buraxıb.
Bu barədə hava limanının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anna Zaxarenkova məlumat verib.
O bildirb ki, hava limanının işçiləri uşaqları terminaldakı polis şöbəsinə təhvil veriblər.
Uşaqlardan biri 2011-ci il, digəri isə 2014-cü il təvəllüdlüdür.
A.Zaxarenkova əlavə edib ki, ilkin məlumatlara görə, ata oğlanları ilə Xabarovsk şəhərindən Moskvaya Rusiya Hava Yolları reysi ilə uçublar. Uşaqların çantasında onların doğum haqqında şəhadətnamələri və atalarının yazdığı qeyd tapılıb.
Uşaqları hava limanında atıb gedən şəxsin harada olduğunun müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilməkdədir.