Xalq artistləri Adil Əliyevi dəstəkləyiblər

siyaset
23-01-2020, 11:07 1146
Xalq artistləri Adil Əliyevi dəstəkləyiblər Xalq artistləri 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyevi dəstəkləyiblər.
Məşhur gitara ustası, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) deyib ki, Adil Əliyev daim seçicinin yanında olub: “Adil Əliyev təkcə mənim deyil, bütün Azərbaycan xalqının dostudur. O, mənim qardaşımdır, onu qardaş kimi çox istəyirəm. Adil Əliyev ağır günlərimdə həmişə dəstək, dayaq olub. Onun kimi mərd oğullar vətənə gərəklidir. Seçicilərə səslənirəm, Adil Əliyevə səs verin!”
A.Əliyev Xalq artisti Ramiz Əzizbəylini də ziyarət edib, onun vəziyyəti ilə maraqlanıb.
Deputatlığa namizəd deyib ki, sənət adamları dövlətin diqqət mərkəzindədir: “Biz də nə kömək lazımdırsa, etməyə hazırıq”.
R.Əzizbəyli A.Əliyevə təşəkkürünü bildirib.