» » Xama və pendir qutularında narkotik və psixotrop maddələr tapıldı


Xama və pendir qutularında narkotik və psixotrop maddələr tapıldı

17-01-2020, 20:17
Oxunub: 139
Çap et
Xama və pendir qutularında narkotik və psixotrop maddələr tapıldı Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikasının iki vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən verilən məlumata görə, hər iki vətəndaşın əl yükləri rentgen yük yoxlama qurğusundan keçirilən zaman şübhəli cizgilər müşahidə olunub.
Şifahi sorğu sual zamanı vətəndaşlar üzərilərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər.
Yüklərin yoxlanması zamanı isə 14 ədəd üzərində “Pegah Cream dairy” yazısı olan xama qutularının içərisində olan rezin şarlarda, çəkisi 1619 qram təşkil edən narkotik vasitə-heroin, üzərində “Mihan white cheese” yazılan pendir qutularının içərisində 117 qram psixotrop maddə-metamfetamin və 21 qram narkotik vasitə-tiryək aşkarlanıb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: