Türkiyə yenə Rusiyadan analoqu olmayan silah alır: 2 ay sonra...

dunya
16-01-2020, 18:55 1122
Türkiyə yenə Rusiyadan analoqu olmayan silah alır: 2 ay sonra... Türkiyə 2020-ci ildə Rusiyadan əlavə S-400 zenit raket kompleksi tədarük edə bilər.
Bu sözləri Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib.
"Rossiya 24” telekanalına açıqlama verən Borisov Türkiyənin daha əvvəl imzalanmış müqavilənin üstünlüklərindən yararlanıb müdafiə kompleksi almasının ehtimal daxilində olduğunu vurğulayıb.
Qeyd edək ki, bənzər açıqlama daha əvvəl Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin (FSVTS) direktoru Dmitri Şuqayev tərəfindən də verilmişdi. O, Türkiyə ilə 2020-ci ildə S-400 hava hücumundan müdafiə sisteminin ikinci partiyasının təhvil verilməsinə dair razılaşma imzalanmasının yüksək ehtimal olduğunu demişdi.
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bu gün verdiyi açıqlamada ötən il təhvil alınan S-400-lərin quraşdırılma mərhələsində olduğunu, bu ilin aprel və ya may ayında istifadəyə hazır olacağını deyib.