» » Azərbaycana elektriklə işləyən 100 ədəd “London taksisi” gətiriləcək


Azərbaycana elektriklə işləyən 100 ədəd “London taksisi” gətiriləcək

16-01-2020, 18:52
Oxunub: 549
Çap et
Azərbaycana elektriklə işləyən 100 ədəd “London taksisi” gətiriləcək "Azərbaycanda 1500 ədəd "London taksisi” fəaliyyət göstərir. Bizim nazirliyin tabeliyində 1200 ədəd "London taksisi” var. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd "London taksisi” sifariş etmişik”.
Bunu Prezident İlham Əliyevin qəbulunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.
Nazirin sözlərinə görə, üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir: "Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir”.
Reytinq: