Yüksək vəzifələrdə olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün istintaq sövdələşməsi hazırlanır - VİDEO

sosial
15-01-2020, 21:13 1202
Yüksək vəzifələrdə olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün istintaq sövdələşməsi hazırlanır - VİDEO Ötən il yerli icra hakimiyyətləri ilə bağlı 7 cinayət işi başlanıb.
Bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O qeyd edib ki, həmin işlər üzrə 9 vəzifəli şəxs həbs edilib.
Kamran Əlieyv vurğulayıb ki, ötən il görülən tədbirlər nəticəsində 19 vəzifəli şəxs cinayət başında yaxalanıb.
İdarə rəisi Bakı Lift İdarəsi ilə bağlı aparılan araşdırmadan da danışıb. O qeyd edib ki, artıq 2 cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Kamran Əliyev vurğulayıb ki, daha yüksək və önəmli vəzifələrdə olan şəxslərin məsuliyyətə cəlb edilməsinin təmini üçün işlər aparılır. Bununla bağlı olaraq istintaq sövdələşməsi hazırlanır.
Həmçinin qeyd edilib ki, ötən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciətlər ən çox Bakı və Gəncədən olub.